Bərdədə yanğın olub
Bərdənin Təbriz küçəsində yanğın hadisəsi baş verib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, yanğın Ədalət Mirzəyevə məxsus mal tövləsində qeydə alınıb.
Yanğın zamanı ev sahibi evdə olmadığından, alovun söndürülməsinə ilkin olaraq qonşular cəhd edib. Dam örtüyündə başlayan alovu söndürməkdə çətinlik çəkən qonşular Fövqəladə Hallar Nazirliyinin Bərdə Yanğından Mübarizə Hissəsinə zəng ediblər.
Dam örtüyündə olan 500 ədəd ot bağlamasını xilas etmək olmasa da, tövlədə olan 10 başadək iribuynuzlu heyvanı yanğından mühafizə etmək mümkün olub. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun digər tiklilərə keçməsinin qarşısını alıb.
OXŞAR XƏBƏRLƏR
15:15
552
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
545
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2328
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1940
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1954
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1391