Bu gündən Azərbaycanda seçkiqabağı təşviqat dövrü başlayır
Bu gündən Azərbaycanda seçkiqabağı təşviqat dövrü başlayır. Seçki təqviminə əsasən, sentyabrın 16-dan 8 oktyabr saat 8:00-a qədər qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri seçki kampaniyasını apara biləcəklər.
Xatırladaq ki, qeydə alınan prezidentliyə namizədlər bunlardır:
1. Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyev
2. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə,
3. Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc
4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev
5. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev
6. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə
7. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev
8. "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli
9. Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov
10. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu.
Qeyd edək ki, 22 nəfər prezidentliyə namizədliklərinin təsdiq olunması üçün seçki sənədlərini MSK-ya təqdim etmişdi.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
Asif Əsgərov TƏLTİF EDİLDİ
Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Noyabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb
“Qulağım eşidə-eşidə “bu nə əclaf adamdır!” dedilər” – Nurəddin Mehdixanlı