Tovuzda sürücüyə kömək edən sərnişini maşın vurub öldürdü
Tovuz rayonunda sürücüyə kömək edən sərnişini başqa bir avtomobil vuraraq öldürüb.
APA TV-nin qərb bürosunun məlumatına görə, oktyabrın 11-də gecə saatlarında rayonun Xatınlı-Əlimərdanlı yolunda Tovuza gələn Əflatun Həsənov özünə məxsus "VAZ-2101" markalı avtomobilində şini dəyişən zaman ona kənardan işıq salan sərnişin, Tovuz şəhər sakini, 1962-ci il təvəllüdlü Murad Mirzəyev Aşağı Öysüzlü kənd sakini, 1962-ci il təvəllüdlü İmran Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.
Ağır xəsarət alan M.Mirzəyev dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:15
603
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
596
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2377
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1947
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1958
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1396