ABŞ xəstəxananın bombalanmasına görə təzminat ödəyəcək
Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi Əfqanıstanın Kunduz şəhərindəki xəstəxanaya hücum nəticəsində həyatını itirənlərin yaxınlarına təzminat ödəməyə hazırdır.
APA TV-nin məlumatına görə, Pentaqondan verilən açıqlamada bildirilir ki, eyni zamanda Sərhədsiz Həkimlər Təşkilatının çalışdığı bütün xəstəxanalar təmir olunacaq, bütün lazımi avadanlıqla da təchiz olunacaq.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama da ötən gün sözügedən xəstəxana hücumu ilə bağlı üzr istəyib. ABŞ-ın təyyarələrinin vurduğu xəstəxananın Taliban tərəfindən hərbi hissə kimi istifadə olunduğunu yalanlayan "Sərhədsiz Həkimlər" Təşkilatı isə istintaq tələb edir.
Xatırladaq ki, Amerika hərbi təyyarələrinin bombaladığı xəstəxanada 22 nəfər həyatını itirib.
OXŞAR XƏBƏRLƏR
15:15
603
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
596
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2377
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1947
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1958
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1396