Məktəblilərə «Yol hərəkəti əlifbası» kitabçası paylanacaq
Dövlət Yol Polisi yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq ibtidai siniflərdə yol hərəkətinin təbliği ilə bağlı maraqlı addım atıb. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin APA TV-yə verdiyi məlumata görə, İdarənin təşəbbüsü ilə bu günlərdə «Yol hərəkəti əlifbası» adlı kitabça çap olunub. İlkin variantda 10 min ədəd çap olunan kitabçalar respublikanın bütün orta məktəblərinə paylanacaq.
Dövlət Yol Polisi hər ibtidai sinifə bir neçə kitabça verməyi düşünür. Gələcəkdə bu kitabçanın təkrar nəşri də nəzərdə tutulur. Bu əlavə dərs vəsaitində hərəkət qaydaları şəkillərin köməyi ilə çox sadə dillə məktəblilərə izah olunur. Beləliklə, bu qaydalarla tanış olan uşaqlar küçə və yollarda təhlükəsiz və rahat hərəkət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib