İŞİD girov götürdüyü xristianlara görə 12 milyon dollar istədi
İŞİD girovluqda saxladığı 180 nəfər xristian-assuriyalını edam edəcəyi ilə bəyanat yayıb.
APA TV-nin "RİA Novosti"yə istinadən xəbərinə görə, həmin şəxslərin sərbəst buraxılmasının əvəzində terrorçular 12 milyon dollar tələb edirlər.
Xristianlar bu ilin fevralında əl-Hasake əyalətindən qaçırılıblar. Artıq onlardan üçünün edam olunduğu açıqlanıb. Terror qruplaşması bu görüntüləri internetdə yayımlayıb. Assur icmasının nümayəndələrindən biri onların Qurban bayramında öldürüldüklərini açıqlayıb.
İcmanın Suriya və Livanda olan kilsələri öz diaspor təşkilatları ilə yanaşı, yardım üçün başqa beynəlxalq təşkilatlara da müraciət ediblər.
Xatırladaq ki, bu ilin fevral ayında İŞİD-in assurların kompakt yaşadığı bölgəyə hücumu zamanı 200-dən artıq insan girov götürülüb, çoxlu xristian öldürülüb.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək