Sabah Bakıda 15-18 dərəcə isti olacaq
Oktyabrın 11-də Bakı və Abşeron yarımadasında havanın tutulub açılacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq.
Bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 15-17, dağlıq ərazilərdə gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
15:15
675
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
665
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2445
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1949
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1960
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1399