Məkkə faciəsində təqsirləndirilən 28 nəfərin başı kəsiləcək
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı baş verən faciəyə görə məsuliyyət daşıyan şəxslərlə bağlı müzakirələr və iddialar davam edir. APA TV-nin "Lent.az"a istinadən xəbərinə görə, kral Salman faciəyə səbəb olduğu deyilən 28 nəfərin edamına qərar verib. Lakin iddia edilir ki, həmin 28 nəfərin məlum hadisələrin baş verməsində günahı olmayıb.
Yüzlərlə insanın ölümünə səbəb olan izdiham kral Salmanın oğlu şahzadə Məhəmmədin həmin gün öz korteji ilə yaxınlıqdan keçməsi və bu səbəbdən yolların bağlanmasına görə baş verib. Lakin Səudiyyə hakimiyyəti bu faktı gizlətməkdə maraqlıdır və tez-tələsik 28 nəfəri edam etməklə aranın sakitləşməsinə çalışır.
O da bildirilir ki, həbs edilən 28 nəfərin başı tez bir zamanda kəsiləcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı məlum hadisələr zamanı 769 nəfərin öldüyünü bildirsə də, İran bu rəqəmin 4700 olduğunu bəyan edib.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək