Azərbaycanda Rusiya rublu bir həftədə 1,3 manat bahalaşdı
Azərbaycan Mərkəzi Bankı həftənin son valyuta məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, həftənin əvvəlindən bahalaşmağa başlayan Rusiya rublu bu tendensiyanı son günədək qoruyub. Mərkəzi Bank 1000 Rusiya rublunun dəyərini 17 manat 10 qəpik olaraq açıqlayıb. Bu, həftənin əvvəlindəki rəqəmdən 1 manat 30 qəpik bahadır.
Rublun əksinə olaraq, ABŞ dolları ucuzlaşmaqdadır. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 1.0478 manatdır.
Avro da manat qarşısında dəyər qazanır. Hazırda 1 avronun rəsmi məzənnəsi 1.1819 manatdır.
Qeyd edək ki, Mərkəzi Bank növbəti valyuta məzənnələrini oktyabrın 12-də açıqlayacaq.
OXŞAR XƏBƏRLƏR
15:15
682
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
672
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2451
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1949
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1960
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1399