Fransanın qəhrəmanı olan amerikalı ölkəsində bıçaqlandı
Amsterdam-Paris reysini həyata keçirən yüksək sürətli qatarda silahlı hücumun qarşısını iki dostu ilə alan və qəhrəman elan edilən Spenser Ston ölkəsi ABŞ-da hücuma məruz qalıb.
APA TV-nin xəbərinə görə, göstərdiyi qəhrəmanlığa görə Fransa prezidenti Fransua Olland tərəfindən mükafatlandırılaraq qəhrəman elan edilən Ston doğulduğu Sakramentoda naməlum səbəbdən bıçaqlanıb.
Bədəninin bir neçə yerindən bıçaq zərbəsi alan Ston dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatı üçün təhlükənin olmadığını söyləyiblər. Amerika polisi faktla bağlı araşdırmalara başlayıb.
OXŞAR XƏBƏRLƏR
15:15
682
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
672
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2451
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1949
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1960
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1399