Prokuror Messinin həbsini istədi
Məşhur futbolçu Lionel Messinin başı dərddədir. APA TV-nin məlumatına görə, İspaniyanın dövlət prokurorluğu vergidən yayınmaqda ittiham olunan "Barcelona"nın futbolçusu Lionel Messiyə 22 ay həbs cəzası istəyib.
Xatırladaq ki, bundan əvvəl prokurorluq argentinalı hücumçunun təqsirsiz olması barədə qərar qəbul etmiş, atası Xorxe Messi haqqında isə 18 aylıq həbs cəzası istənmişdi. Lakin sonradan Messinin işi ilə məşğul olan hakim futbolçu ilə bağlı araşdırmanın davam etməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Messi bir il ərzində İspaniya xəzinəsinə 52 milyon avroya yaxın vəsait ödəyib. Məhkəmə araşdırmasına görə, o, bir müddət əvvəl başqa komandaya keçmək istəyib. Öz növbəsində “Barselona” da onu 2016-cı ilin yayında satmaq istəyir.
OXŞAR XƏBƏRLƏR
15:15
682
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
672
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2451
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1949
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1960
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1399