Cəbhə xəttində hərbi hissənin ərazisində aşkarlanan mina zərərsizləşdirilib
Füzuli rayonunun düşmənlə təmas xəttində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin nəzarət etdiyi ərazidə partlamamış minalar tapılıb. Tank və piyada əleyhinə minaları hərbi hissənin mühəndis istehkamçı bölüyünün əsgər və zabitləri zərərsizləşdirib. APA TV-nin əməkdaşları tapılmış minaların zərəsizləşdirilməsi prosesini lentə ala bilib.
N saylı hərbi hissə komandanlığından APA TV-yə verilən məlumata görə, ərazidə 1993-1994-cü illərdə ərazidə ağır mövqe döyüşləri gedib. Ərazi dəfələrlə düşmən əlinə keçsə də, sonda Milli Ordu qüvvələri tərəfindən azad edilib və hazırda bizim nəzarətimizdədir Partlamamış hərbi sursat da düşmən tərəfindən partladılıb. Komandanlıqdan bildiriblər ki, ərazidə dəfələrlə partlamamış mina, hərbi sursat tapılaraq zərərsizləşdirlib.
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
Asif Əsgərov TƏLTİF EDİLDİ
Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Noyabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb
“Qulağım eşidə-eşidə “bu nə əclaf adamdır!” dedilər” – Nurəddin Mehdixanlı