Suriya ordusu genişmiqyaslı hücuma keçdi
Suriya ordusu genişmiqyaslı hücuma keçib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Suriya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdulla Eyyub bəyan edib.
Onun sözlərinə görə, ordunun hücuma keçməsinin məqsədi terror qruplaşmalarının məhv edilməsi, habelə terrorçulardan əziyyət çəkən yaşayış məntəqələrinin azad olunmasıdır.
Əli Abdulla Əyyub həmçinin qeyd edib ki, Suriya ordusunun hücuma keçməsinə Rusiyanın terrorçuların mövqelərinə endirdiyi zərbələr kömək edib. “Rusiya Hərbi-Kosmik Qüvvələrinin zərbələri İŞİD terrorçu qruplaşmasının döyüş imkanlarını sarsıdıb”, - deyə o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
15:15
681
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
672
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2451
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1949
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1960
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1399