Bakı metrosunda hərəkət 40 dəqiqə dayandı - SƏBƏB
Dünən axşam saatlarında Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında qatarda nasazlıq yaranıb, nəticədə qatarların hərəkətində uzunmüddətli əmələ gəlib.
APA TV-nin məlumatına görə, problem "İçərişəhər" stansiyasından "Həzi Aslanov" stansiyasına hərəkət edən qatarda yaranıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA TV-yə bildirib ki, hadisə saat 19.59-da baş verib. "İçərişəhər" stansiyasında sərnişinlərlə dolu qatar hərəkətə gəlməyib. Bütün səylərə baxmayaraq, nasazlığı aradan qaldırmaq mümkün olmayıb. Yolu boşaltmaq üçün "İçərişəhər" stansiyasına köməkçi qatar göndərilib. Köməkçi qatar nasaz qatarı dartıb və yol boşalıb. Bu işlərə 40 dəqiqə vaxt sərf edilib. Bu müddət ərzində "İçərişəhər" - "28 May" xətti üzrə qatarların hərəkəti dayandırılıb. "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində isə qatarlar normal və vaxtında hərəkət edib.
Sərnişinlərin verdiyi məlumata görə, 40 dəqiqəlik fasilə "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarında sərnişin sıxlığına səbəb olub.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək