Yardımlı sakini “KamAZ”la gəlin köçdü
Lənkəranda çoxlarının təəccübünə səbəb olan maraqlı hadisə baş verib.
APA TV-nın Cənub bürosunun məlumatına görə, rayonun Şirinsu kənd sakini, 26 yaşlı Ramil Əkbərovun sevib-bəyəndiyi qız - Yardımlı rayonunun Köryədi kənd sakini, 18 yaşlı Səkinə Məmiyeva “KamAZ” markalı yük maşının kabinəsində oğlan evinə gəlin gətirilib.
Bər-bəzəkli, bahalı minik avtomobillərini bu dəfə 14 “KamAZ” markalı yük maşını əvəz edib. Ramilin dostlarının idarə etdikləri bu nəqliyyat vasitələri çox rahatlıqla dolanbac dağ yollarını aşaraq sağ-salamat mənzil başına çatıblar. Gəlinin əyləşdiyi maşını isə bəy özü idarə edib.
Təqribən 100 kilometrlik məsafəni qət edən bu qeyri-adi toy karvanı insanlarda böyük marağa səbəb olub.
OXŞAR XƏBƏRLƏR
15:15
751
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
740
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2519
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1957
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1966
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1407