Yasamalda "Nissan" işıq dirəyinə çırpıldı
Ötən gecə Bakıda yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb.
"Nissan" markalı avtomobilin sürücüsü Anar Mirzəməmmədov hərəkət olarkən qəfil idarəetməni itirib. Bu zaman o, avtomobili işıq dirəyinə çırpıb. Hadisə zamanı xəsarət alan olmasa da, Şərifzadə küçəsindəki işıq dirəklərindən biri yararsız vəziyyətə düşüb. Hadisə yerinə Dövlət Yol Polisi İdarəsi Yasamal Rayon Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər.
YPX əməkdaşı Azər Musayevin sözlərinə görə, "Nissan Altima" markalı avtomaşın Şərifzadə küçəsi ilə yüksək sürətlə hərəkət edib: "Yüksək sürət nəticəsində sürücü idarəetməni itirib və maşın işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Araşdırma aparılır".
Ön hissəsi yarasız vəziyyətə düşən avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək