NATO: Rusiya təyyarələrinin Türkiyə sərhədlərini pozması təsadüfə oxşamır
NATO-nun baş katibi Yens Stoltenberq Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını pozmasının təsadüf olmadığını bildirib.
APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, Yens Stoltenberq bunu Brüsseldə keçirdiyi mətbuat konfransında deyib. “Bizim nöqteyi-nəzərimizdən bu, təsadüfə oxşamır. Həm də nəzərə almaq lazımdır ki, hadisə iki dəfə baş verib”, - deyə baş katib bildirib.
Yens Stoltenberq ona verilən informasiya əsasında bu qənaətə gəldiyini söyləyib.
Xatırladaq ki, Suriyada hərbi əməliyyatlar keçirən Rusiya hərbi təyyarələri oktyabrın 3-4-də iki dəfə Türkiyənin hava məkanını pozub.
OXŞAR XƏBƏRLƏR
15:15
747
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
736
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2514
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1957
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1966
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1406