Zabratda "Shacman" qəza törətdi, sürücü qaçdı
Bakının Sabunçu rayonunda yol qəzası baş verib, iki nəfər xəsarət alıb. APA-nın məlumatına görə, hadisə Zabrat qəsəbəsinin Babək küçəsində qeydə alınıb.
Toydan qayıdan İsmayıl Nəsibovun idarə etdiyi "Tofaş" markalı avtomobil işıqforun qırmızı işığında dayanan zaman "Shacman" markalı yük maşını ona arxadan çırpılıb. İsmayıl Nəsibovun dediyinə görə, qəzadan sonra yük maşınının sürücüsü hadisə yerindən qaçıb: "Vurdu, qaçıb getdi. İki nəfər xəsarət aldı. Təcili yardım apardı. Yanımdakı adam taksi ilə yük maşınının dalınca düşdü, tuta bilmədi, qaçdı".
Qəza zamanı avtomobildə olan iki sərnişin xəsarət alıb. Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:15
780
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
769
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2548
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1960
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1969
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1412