Fiziologiya və tibb üzrə ilk Nobel mükafatçılarının adları açıqlandı
İsveçin Stokholm şəhərində “Nobel” mükafatının fiziologiya və tibb üzrə ilk mükafatçılarının adları açıqlanıb.
APA-nın məlumatına görə, bu il mükafat iki sahədə araşdırmaya görə müəyyən edilib.
İrlandiyalı Vilyam Kampell və yaponiyalı Satoşi Omura askarid parazitlərinin törətdiyi infeksiyaların müalicəsi sahəsindəki araşdırmaya və çinli Yuyu Tu malyariyanın müalicəsi sahəsindəki araşdırmaya görə Nobel mükafatını bölüşüblər.
Qeyd edək ki, oktyabrın 6-da fizika, oktyabrın 7-də kimya, oktyabrın 9-da isə sülh üzrə Nobel mükafatının sahibləri müəyyənləşəcək.
İqtisadiyyat üzrə Nobel mükafatı isə oktyabrın 12-də sahibinə təqdim olunacaq.
Komitənin internet səhifəsində bildirilib ki, ədəbiyyat üzrə Nobel mükafatının vaxtı hələlik məlum deyil.
OXŞAR XƏBƏRLƏR
15:15
775
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
764
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2542
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1958
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1967
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1410