Masallıda maskalılar 80 yaşlı ər-arvadın evinə basqın etdi - TALAN
Masallı rayonunda naməlum maskalı şəxslər evə basqın ediblər.
APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 4 radələrində Binə Xocavər kəndində qeydə alınıb.
Maskalı şəxslər, kənd sakinləri - 80 yaşlı Yafər və Rübabə Məmmədovaların yaşadıqları evə daxil olub, onların əl-qolunu bağlayıb, zor tətbiq edib, pul, qızlı tələb ediblər.
Pul tapa bilməyən maskalılar qadının üzərində və evdə olan zinət əşyalarını götürüb qaçıblar.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında əməliyyat-istintaq qrupu yaradılıb. Həmin şəxslərin tapılması istiqamətində iş aparılır.
OXŞAR XƏBƏRLƏR
15:15
798
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
789
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2565
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1966
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1970
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1413