Külək əsəcək, leysan olacaq
Oktyabrın 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 23-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 14-19, gündüz 23-28, dağlıq ərazilərdə gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
15:15
855
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
843
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2621
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1971
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1975
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1415