Xocavənd rayonunun işğalından 23 il ötür
Bu gün Azərbaycanın Xocavənd rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 23 il ötür.
APA TV-nin xəbərinə görə, Xocavənd rayonu 26 noyabr 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb.
Rayonun ərazisi 1.46 min kv. km, əhalisi 42,4 min (01.04.2013) nəfərdir. Xocavənd rayonu ilə Bakı arasında olan məsafə 334 kilometrdir. Xocavənd rayonu 1 şəhər (Xocavənd), 2 iri qəsəbə (Hadrut, Qırmızı Bazar) və 81 kəndi birləşdirir.
Özünəməxsus təbii sərvətləri, təbiət abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda, Salakətin kəndinin yaxınlığında (Quruçay vadisində) 1,5 milyon il yaşı olan məşhur Azıx mağarası olub.
1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) verib.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək