Azərbaycanlı müəllim Türkiyədə yol qəzasında öldü
Türkiyənin Muş vilayətində azərbaycanlı müəllimin idarə etdiyi avtomobil yoldan çıxaraq dərəyə aşıb, sürücü ölüb.
APA TV-nin xəbərinə görə, 49 MA 001 dövlət nömrə nişanlı avtomobili idarə edən Muş Alparslan Universitetinin dosenti Fariz Fərzəli aldığı xəsarətdən hadisə yerində ölüb. Avtomobildəki sərnişin, universitetin daha bir müəllimi Musa Gümüş isə ağır xəsarət alıb.
Fariz Fərzəlinin qohumlarının APA-ya verdiyi məlumata görə, Anadolu Universitetində ali təhsil alan Fariz Fərzəli məzun olduqdan sonra Türkiyədə qalıb. 40 yaşlı dosent Muş Alparslan Universitetinin ədəbiyyat fakültəsində tarix müəllimi olub. Onun 3 övladı var.
OXŞAR XƏBƏRLƏR
15:15
880
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
869
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2646
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1974
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1977
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1417