Rusiya Suriyanı yenidən bombaladı: Türkiyə narahatdır
Rusiyanın Hava-Kosmik Qüvvələrinin təyyarələri Suriyanın Hama əyalətində İŞİD silahlılarının komanda məntəqəsinin bərpasının qarşısını alıb.
APA TV-nin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
Qeyd edək ki, İŞİD silahlılarının Hama əyalətindəki komanda məntəqəsi sentyabrın 30-da Rusiya təyyarələrinin zərbələri nəticəsində dağıdılmışdı. Suriya Silahlı Qüvvələrinin qərargahı və hava kəşfiyyatı vasitələri qeyd olunan ərazidə bərpa işlərini vaxtında aşkarlaya bilib. “Bərpa işlərinin qarşısını almaq məqsədilə Əl-Latamna rayonunda yerləşən komanda məntəqəsinə əlavə hava zərbəsi endirilib. Qeyd olunan obyekt tamamilə məhv edilib”, - deyə Konaşenkov bildirib.
Digər yandan, Türkiyə Rusiyanın Suriyadakı hava əməliyyatlarından narahatlığını ifadə edib. Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu bildirib ki, narahatlığa səbəb mətbuatda mülki obyektlərin zərbələrə məruz qalması ilə bağlı məlumatlardır. Onun rusiyalı həmkarı Sergey Lavrov isə deyib ki, Rusiya hava qüvvələrinin Suriyada hədəfi İŞİD-in yanacaq və silah anbarlarıdır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək