Cəlilabadda 20 yaşlı ana doğuş zamanı öldü
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında gənc qadın doğuş zamanı ölüb.
APA TV-nın cənub bürosunun məlumatına görə, rayonun Alar kənd sakini, 20 yaşlı Xoşbəxt Fikrət qızı Həsənova ötən gün axşam saatlarında xəstəxananın doğum şöbəsinə qəbul olunub.
Doğuş zamanı körpə qeysəriyyə əməliyyatı yolu ilə ana bətnindən götürülüb. Əməliyyatdan 4 saat sonra gənc qadın ölüb. Yeni dünyaya gələn qızın vəziyyəti isə normaldır.
Mərhumun yaxınları ananın ölümündə həkimləri günahlandırırlar.
İkin versiya kimi ananın böyrəklərində problem olması bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:15
890
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
876
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2653
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1974
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1977
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1417