Ziya Yusif-zadə II Fəxri Xiyabanda dəfn edildi
Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində nazirliyin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusif-zadə ilə vida mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, vida mərasimində milli təhlükəsizlik naziri Eldar Mahmudov, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və başqa dövlət və hökumət nümayəndələri iştirak ediblər.
Mərhumun sabiq iş yoldaşları vida mərasimində çıxış edərək, onunla bağlı xatirələrini bölüşüb, Ziya Yusif-zadənin fəaliyyətində hər zaman fərqləndiyini, işinin peşəkarı olduğunu bildiriblər.
Ziya Yusif-zadə II Fəxri Xiyabanda torpağa tapşırılıb.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək