İstanbulda avtomobil metro stansiyasına girdi: 1 ölü, 3 yaralı
İstanbulda metro stansiyasının qarşısında faciə baş verib.
APA TV-nin Türkiyə KİV-nə istinadən xəbərinə görə, idarəetməni itirən qadın sürücünün avtomobili metro stansiyasının girişi qarşısında gözləyən vətəndaşların arasına girib.
Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar hadisə yerinə gələn təcili yardım maşınları ilə Kartal Eyitim və Araşdırma Xəstəxanasına aparılıb.
Hadisə yerinə gələn xilasetmə qrupları metronun divarı ilə maşın arasında sıxışan Firdevs İsirganın cəsədini çıxarıb. Avtomobilin sürücüsü isə saxlanılaraq polis şöbəsinə aparılıb.
OXŞAR XƏBƏRLƏR
15:15
904
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
889
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2666
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1978
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1980
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1421