Şəmkirdə taksi sürücüsü qəza törətdi: ölən var
Şəmkirdə bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Çənlibel kəndinə gedən yolda qeydə alınıb.
Şəmkirin Ələsgərli kənd sakini, 45 yaşlı Şəmşir Xəlilov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə gedən “VAZ-2106” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində sürücü Şəmşir Xəlilov və sərnişini, Çənlibel kənd sakini, 56 yaşlı Fizuli Novruzov ağır bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Fizuli Novruzovun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Şəmşir Xəlilov “VAZ-2107” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olurmuş. O, Firuz Novruzovu evinə aparanda qəza törədib. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək