Xaçmazda hərəkətdə olan maşının üstünə ağac düşdü: 1 ölü, 1 yaralı
Xaçmaz rayonunda əsən güclü külək bədbəxt hadisəyə səbəb olub. APA TV-nin xəbərinə görə, hadisə rayonun Əhmədoba kəndində qeydə alınıb.
Kənd istiqamətində hərəkətdə olan Xaçmaz rayon sakini, 53 yaşlı Rasim Məmmədsadıq oğlu Qasımovun idarə etdiyi 27 BC 968 dövlət nömrə nişanlı “Moskviç” markalı avtomobilin üzərinə uzunluğu təxminən 25, diametri 5 metrdən çox olan ağac aşıb. Nəticədə avtomobildə olan sərnişin, 53 yaşlı Aslan Ağaslim oğlu Mahmudov dünyasını dəyişib, sürücü isə xəsarət alıb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri deformasiyaya uğramış nəqliyyat vasitəsini kəsərək cəsədi oradan çıxarıblar.
OXŞAR XƏBƏRLƏR
15:15
904
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
889
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2666
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1978
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1980
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1421