İmişli sakininin həyətindən 118 kq çətənə kolu tapıldı
İmişli rayon sakininin həyətində külli miqdarda narkotik vasitə olan çətənə kolları aşkarlanıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri çərçivəsində Murğuzallı kənd sakini Əlifağa Xudam oğlu Rəşidova məxsus həyətyanı sahəyə baxış keçirilib.
Baxış zamanı orada əkilib becərilən çəkisi 118 kq olan 63 ədəd çətənə kolu aşkar edilib. Məlum olub ki, aprel ayında əkilən kollara xüsusi aqrotexniki qaydada qulluq edilib. Faktla İmişli rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:15
904
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
889
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2666
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1978
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1980
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1421