İrandan Azərbaycana 7,5 kq narkotik keçirilməsinin qarşısı alındı
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən APA TV-yə verilən məlumata görə, sentyabrın 26-da həyata keçirilən tədbirlər nəticəsində Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisindəki zastavanın xidməti sahəsində İrandan Azərbaycana qaçaq yolla külli miqdarda narkotik vasitə keçirmək istəyərkən Cəlilabad rayon sakini, 1979-cu il təvəllüdlü Rövşən Fərahim oğlu Nəsirov saxlanılıb.
Ondan 7 kiloqram tiryək və 470 qram heroin götürülüb.
Fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
15:15
904
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
889
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2666
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1978
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1980
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1421