MTN Suriyada döyüşlərdə iştirak edən Ağsu sakinini həbs etdi
Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən şəxs həbs edilib.
APA-nın məlumatına görə, Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Taleh Mahir oğlu Əhmədov Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs olunub.
Aparılan araşdırmalar zamanı onun 2014-cü ildə Suriyaya getdiyi və 3 ay orada qaldığı məlum olub. Taleh Əhmədov barəsində Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsinə əsasən cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
15:15
904
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
889
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2666
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1978
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1980
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1421