Ağstafada gəlin maşını qəzaya uğradı: 2 yaralı
Ağstafa rayonunda yol-nəqliyyat qəzası baş verib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının Ağstafa rayonun Qırılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qazaxın Şıxlı kəndindən Gədəbəy rayonuna gəlin gətirməyə gedən "Hyundai" markalı avtomobil "Naz-Lifan" markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobil yolun kənarına çıxıb. “Hyundai”ın sürücüsü, 54 yaşlı Dursun Əhmədov və onun 23 yaşlı qızı Aytəkin Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.
Fakta bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:15
948
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
932
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2709
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1978
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1980
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1421