Şahbaz Xuduoğlunun 13 min dollarını oğurladılar
Bakıda “Qanun” Nəşrlər Evindən oğurluq olub.
Nəsimi Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, nəşriyyatın rəhbərliyi polisə müraciət edərək oradan içərisində 13 min ABŞ dolları olan seyfin oğurlandığını bildirib.
Rəis müavini Nadir Aslanovun sözlərinə görə, məlumat daxil olan kimi idarənin əməkdaşları hadisə yerinə gediblər. İlkin məlumata görə, oğurluğu törədən şəxslər ofisə açarsalma üsulundan istifadə edərək daxil olublar. Otaqda olan əşyaların dağıdılmaması hadisəni törədən şəxslərin seyfdə pulun olduğunu əvvəlcədən bilməsi kimi qiymətləndirilir. Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğludur.
OXŞAR XƏBƏRLƏR
15:15
948
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
932
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2709
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1978
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1980
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1421