Azərbaycan Ordusunun şəhid əsgəri Ağdamda dəfn edildi
Ötən gecə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Rauf Fəxrəddin oğlu Vəliyev Ağdamda dəfn edilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, 1991-ci il təvəllüdlü Rauf Vəliyev yaşadığı Ağdam rayonunun Ayaq Qərvənd kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində rayon rəsmiləri və Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri iştirak edib.
Qeyd edək ki, sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu - Rauf Fəxrəddin oğlu Vəliyev, Neman İspəndiyar oğlu Əhmədzadə və Zöhrab Namiq oğlu Mustafazadə şəhid olub.
OXŞAR XƏBƏRLƏR
15:15
971
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
955
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2733
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1980
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1982
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1425