Bakıda 30 dərəcə isti proqnozlaşdırılır
Sentyabrın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 26-30 dərəcə isti olacaq.
Bölgələrdə də hava gün ərzində əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlıq ərazilərdə gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
15:15
971
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
955
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2733
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1980
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1982
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1425