Polşa 9 min qaçqına qapılarını açdı, ölkə qarışdı
Polşa hökumətinin Suriya və İraqdakı müharibə səbəbindən ölkələrindən qaçan köməksiz insanlara qucaq açması birmənalı qarşılanmayıb.
APA TV-nin məlumatına görə, 9 min qaçqına qucaq açan Polşa hökumətinin bu qərarı ölkədə etirazlara səbəb olub.
Paytaxt Varşava və bir neçə şəhərdə qaçqınlar və İslam dini əleyhinə etiraz aksiyaları keçirilib. Aksiya zamanı "Müsəlman qaçqınlar Avropanın Troya atıdır" deyə şüarlar da səsləndirilib.
Baş nazir Eşa Kopaciz isə qeyri-hökumət təşkilatlarının Varşavada təşkil etdiyi bir tədbirdə irqçilik və İslam dini əleyhinə yazılan şüarların silinməsində iştirak edib. O bildirib ki, bu tip mesajlar internet saytlarında da var və bunun kimi neqativ hallar dərhal aradan qaldırılmalıdır.
OXŞAR XƏBƏRLƏR
15:15
971
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
955
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2733
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1980
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1982
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1425