Bakıda 22 yaşlı qız özünü dənizə atdı
Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən Bakı şəhərinin Səbail rayonunda, dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km sola nəzarətsiz ərazidə) bir nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
APA TV-nin əldə etdiyi məlumata görə, intihara cəhd edən şəxs Bakı şəhəri Binəqədi rayon sakini, 1993-cü il təvəllüdlü Səbinə Rauf qızı Qurbanzadə olub. O, polisə izahatında intihar etmədiyini, bir neçə dəqiqə dənizə baxdıqdan sonra ayağını sürüşdüyünü və qəflətən dənizə yıxıldığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək