Məkkədə daha bir azərbaycanlı zəvvar vəfat etdi
Həcc ziyarətində olan azərbaycanlı zəvvarlardan daha biri dünyasını dəyişib. Bu barədə APA TV-yə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
Həyatını itirən şəxs Kəklik Aslanovadır. Bildirilir ki, Kəklik Aslanova Məkkəyə həyat yoldaşı ilə yollanıb. Zəvvar günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bu, Məkkədə dünyasını dəyişən sayca ikinci azərbaycanlı zəvvardır. Bundan əvvəl Qubadlı rayonundan olan məcburi köçkün, 1954-cü il təvəllüdlü Fəxrəddin Oruc oğlu Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəflətən dünyasını dəyişmişdi. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR
15:15
976
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
962
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2738
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1980
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1983
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1425