Merkel: "Türkiyəyə dəstək verilməlidir"
Avstriyadan Almaniya, İsveç və İngiltərəyə getmək istəyən miqrantlar Qurban bayramında da əzablı yollar qət ediblər. APA TV-nin məlumatına görə, son 24 saat ərzində iki mindən çox qaçqın Avstriya sərhədinə çatıb. Macarıstan, Xorvatiya və Sloveniyadan gələn qaçqınlar Vyanadakı qatar stansiyasında gecələyiblər. Buradan bilet alanlar isə digər Avropa ölkələrinə keçməyə müvəffəq olublar.
Rəsmi məlumata görə, 5 minə yaxın qaçqın Avstriyadan Avropa Birliyinin (AB) digər ölkələrinə keçib. Almaniyanın baş naziri Angela Merkel Türkiyə vasitəsi ilə AB-nin sərhədlərini qoruya biləcəklərini bildirib. O, qeyd edib ki, qaçqınlara qucaq açan Türkiyə kimi ölkələrə dəstək verilməlidir.
OXŞAR XƏBƏRLƏR
15:15
976
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
962
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2738
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1980
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1983
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1425