Merkel: "Danışıqlarda Əsəd tərəf kimi təmsil olunmalıdır"
Almaniya kansleri Angela Merkel gözlənilməz açıqlama ilə çıxış edib. APA TV-nin "Vesti.ru"ya istinadən xəbərinə görə, o, Suriyada münaqişənin nizamlanmasında Bəşər Əsədin iştirakını vacib saydığını bildirib.
"Biz bu məsələni bir neçə tərəfin iştirakı ilə həll etməliyik, sözsüz ki, Bəşər Əsəd də tərəf kimi təmsil olunmalıdır", - deyə Merkel əlavə edib. Kansler bildirib ki, bu danışıqlara ABŞ, Rusiya, İran və Səudiyyə Ərəbistanının qatılması labüddür.
Merkelin bu açıqlaması Qərbin Bəşər Əsədə münasibətində yumşaltma yaratmaq məqsədi daşıdığı bildirilsə də, Fransa bu fikirlərlə razı deyil. Ölkə prezidenti Fransua Olland gələcəyin Suriyasında Bəşər Əsədə ehtiyacın olmadığını söyləyib.
OXŞAR XƏBƏRLƏR
15:15
989
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
974
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2750
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1983
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1986
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1428