Təzəpir məscidində bayram namazı qılındı
Bu gün Bakının Təzəpir məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.
APA TV-nin xəbərinə görə, Bakının ən böyük məscidində bayram namazı axund Hacı Cəlil Şahbazovun imam-camaatlığı ilə qılınıb.
Daha sonra dindarlar bir-birini bayram münasibətlə təbrik ediblər. Onların sözlərinə görə, Qurban bayramı namazının camaatla birlikdə qılınması müstəhəbdir. Bayram namazının vaxtı bayram günü günəş çıxandan günortaya qədər nəzərdə tutulur.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, ölkənin bütün məscidlərində bayram namazları qılınıb, dualar oxunub.
Bu il Azərbaycanda Qurban bayramı sentyabrın 24-25-də qeyd olunur.
OXŞAR XƏBƏRLƏR
15:15
989
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
974
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2750
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1983
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1986
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1428