Sakinlər iddia, BŞİH təkzib edir
Fəridə Quliyeva bir ay əvvəl Ceyhun Hacıbəyli küçəsində evi sökülən 4 nəfərdən biridir. Evlərinin heç bir xəbardırlıq edilmədən sökülməsinə etiraz edən Fəridə xanım deyir ki, onalrın səsinə heç kim səs vermir. Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Mənzil-kommunal Təsərrüfat Departamenti tərəfindən aparılan söküntü zamanı burda yaşayan 4 ailəyə məxsus evlər və mağaza tamamilə sökülüb. Həm də heç bir xəbərdarlıq edilmədən. Sakinlər belə deyir. Evlərin sökülməsinə səbəb isə ərazidə abadlıq işlərinin aparılmasıdır. Sözügedən küçədə artıq geniş yol çəkilərək, istifadəyə verilib. Ancaq...
Evlərinin rəsmi sənəd olsa da, heç bir xəbərdarlıq edilmədən səhər saatlarında əraziyə ağır texnika yeridilib. Sakinlərə evlərinin plana düşdüyünü deyərək söküntü işlərinə başlanılıb. Ərazinin söküntüsünə nəzarət edən Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Mənzil-kommunal Təsərrüfat Departamentinin rəis müavini Vidadi Əliyev APA TV-yə deyilənləri təkzib edir. Departamentlə bir neçə dəfə əlaqə saxlamaq istəsək də cəhdlərimiz uğursuz oldu. İcra rəsmisinin sözlərinə görə, bu işlə hüquqşünas məşğul olur. Yaxın günlərdə sökülən evlərin müqabilində, konpensasiya məsələsi də həllini tapacaq.
İndi sakinləri narahat edən məsələ qarşıdan soyuqlu havaların gəlməsidir.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib