Tərtərdə evli kişi qaçırdığı 19 yaşlı qızı öldürdü - AİLƏ DRAMI
Tərtərdə qətl hadisəsi baş verib.
APA TV-nin "Report"a istinadən xəbərinə görə, rayonun 29 yaşlı sakini Fərid İntiqam oğlu Zeynalov bir neçə gün əvvəl evlənmək məqsədi ilə qaçırdığı 19 yaşlı Tofiqə Məhəmməd qızı Qurbanovanı öldürüb.
Tərtər Rayon Prokurorluğundan bildirilib ki, istintaqa məlum olan ilkin məlumatlara görə, Fərid Zeynalov ailəli olub və qaçırdığı Tofiqə Qurbanovanı birinci həyat yoldaşı ilə yaşadığı evə gətirib. Onlar bir yerdə yaşayıblar. Bu gün isə qadınlar arasında mübahisə düşüb. Mübahisə davaya çevrilib. Bu zaman Fərid Qurbanov qaçırdığı qızı boğaraq öldürüb.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR
15:15
1017
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1005
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2779
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1984
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1986
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1428