Abşeronda toyda kütləvi dava: 2 yaralı
Abşeron rayonunda baş verən kütləvi davada iki nəfər bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Aşağı Güzdək qəsəbəsində keçirilən toy məclisində baş verib. Yaralılar Bakıdakı xəstəxanalara gətiriliblər. Kliniki Tibbi Mərkəzə çatdırılan Buksay Səhrab oğlu Zərbəliyevin vəziyyəti ağır olsa da, həkimlərin səyi nəticəsində həyatı təhlükəsi aradan qaldırılıb. Respublika Xəstəxanasına yerləşdirilən digər yaralının vəziyyəti isə, orta ağır qiymətləndirilir.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:15
1012
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1000
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2774
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1983
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1986
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1428