Bu il Həcc ziyarətində 322 nəfər dünyasını dəyişib
Bu il Səudiyyə Ərəbistanında müqəddəs məkanları 1 milyon 377 mindən çox müsəlman ziyarət edib. Onlardan 322-si ziyarət zamanı dünyasını dəyişib.
APA TV-nin məlumatına görə, Səudiyyə Ərəbistanının rəsmi informasiya agentliyi Baş Pasport Xidmətinin raportunu yayıb. Raportda deyilir ki, 1 milyon 327 min 751 zəvvar ziyarətə hava yolu, 36 min 981 nəfər avtomobil nəqliyyatı, 12 min 923 nəfər isə dəniz yolu ilə bu ölkəyə gəlib.
Bu il zəvvarların sayında 11 min 722 nəfərlik azalma qeydə alınıb.
Sənəddə 322 zəvvarın dünyasını dəyişdiyi yazılsa da, onların ölüm səbəbi göstərilməyib.
Xatırladaq ki, sentyabrın 11-də Məkkədə qaldırıcı kran zəvvarların üstünə aşıb. Nəticədə 107 nəfər ölüb, 238 zəvvar yaralanıb.
OXŞAR XƏBƏRLƏR
15:15
1061
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1049
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2823
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1985
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1987
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1430