Aralıq dənizində daha 4500 qaçqın xilas edildi
Şimali Afrika sahillərindən yola çıxan və Aralıq dənizi üzərindən İtaliyaya getməyə çalışan qaçqınların xilas edilməsi üçün son 24 saat ərzində 20 əməliyyat təşkil edilib.
APA TV-nin məlumatına görə, İtaliya Sahil Təhlükəsizliyi qurtarılan qaçqın sayının 4500-ü keçdiyini qeyd edib.
Avropa Birliyinin Triton xilasetmə missiyası çərçivəsində Liviya sahillərində təşkil edilən əməliyyatlara Xorvatiya donanması, "Sərhədsiz Həkimlər" təşkilatı və bölgədəki ticarət gəmiləri də dəstək verib.
Qaçqınların bir çoxunun rezin şişmə qayıqlarla səyahət etməyə çalışdığı təsbit edilib. İtaliya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə rezin qayıqların birində bir qadın cəsədinin olduğu, ancaq ölüm səbəbinin hələ məlum olmadığı qeyd edilib.
OXŞAR XƏBƏRLƏR
15:15
1074
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1062
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2836
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1987
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1989
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1432