Lənkəranda yaşayış evi yandı
Lənkəranda fərdi yaşayış evində güclü yanğın olub.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Sabir küçəsi-61 ünvanında 50 yaşlı Elşad Həmidova məxsus evdə qeydə alınıb.
Yanğın zamanı ev sahibləri evdə olmadığından, hadisədən ilk olaraq qonşular xəbər tutub və dərhal bu barədə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinə məlumat veriblər. Hadisə yerinə vaxtında cəlb edilmiş iki yanğınsöndürən maşının və canlı qüvvənin səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 260 kv. m olan 2 mərtəbəli, 5 otaqlı evin 1 otağı içərisindəki əşyalarla birlikdə 30 kv. m sahədə yanaraq yararsız vəziyyətə düşüb.
Yanğının səbəbləri həyata keçirilmiş ekspertizanın verəcəyi yekun rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək