Türkiyə Silahlı Qüvvələri: Sentyabrın 15-də 100-ə yaxın PKK terrorçusu öldürülüb
Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi iki əməliyyat nəticəsində 100-ə yaxın PKK terrorçusu məhv edilib. APA-nın “Milliyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin F-16 və F-4 2020 döyüş təyyarələrinin sentyabrın 15-də İraqın şimalındakı Sinat-Haftanin bölgəsində PKK mövqelərinə həyata keçirdiyi əməliyyat nəticəsində terror təşkilatının istifadə etdiyi mağara, ağac altı çadırlar, xüsusi qorunan sığınacaqlar, silah-sursat anbarları və yerüstü sığınacaqlar vurulub. Əməliyyat nəticəsində, ilkin hesablamalara görə, azı 55-60 terrorçu öldürülüb. Daha bir əməliyyat isə Tunceli vilayətinin Ovacık bölgəsində baş tutub. “Şəhid polis Aydın Nazillioğlu” adlı əməliyyat zamanı 30-35 PKK terrorçusu məhv edilib.
OXŞAR XƏBƏRLƏR
15:15
1074
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1062
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2836
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1987
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1989
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1432