34 yaşlı Dubay şahzadəsi öldü
Dubay əmirinin oğlu vəfat edib. APA TV-nin "RİA Novosti"yə istinadən xəbərinə görə, Dubay hakimi Məhəmməd bin Rəşid əl-Məktumun katibliyindən bildirilib ki, bununla əlaqədar ölkədə üç günlük matəm elan olunub.
Əmirin oğlu, şahzadə Şeyx Rəşid bin Məhəmməd əl-Məktum 34 yaşında qəflətən ürək tutmasından dünyasını dəyişib. Mərhum Dubay hakiminin 22 uşağından ikincisidir.
Şeyx Rəşid 2008-2010-cu illərdə BƏƏ-nin Olimpiya Komitəsinə rəhbərlik edib. Bundan sonra o, dövlət vəzifələrinə gətirilməyib və şəxsi biznesi ilə məşğul olub.
"Forbes" 2010-cu ildə onun varidatının 1,9 milyard dollar olduğunu yazıb.
OXŞAR XƏBƏRLƏR
15:15
1074
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
1062
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2836
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1987
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1989
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1432